Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri bildiriblər.
Məlumata görə, silahlı şəxslərdən biri binanın giriş qapısının önündə özünü partlatdıqdan sonra digərləri binaya daxil olaraq çox sayda adamı əsir götürüblər.
Hələlik hadisənin hansı qrup tərəfindən həyata keçirildiyinə dair məlumat yoxdur. “Taliban” isə yaydığı bəyanatda hücumla əlaqəsinin olmadığını elan edib.
Hadisə şahidləri çox sayda insanın yaralandığını və kömək üçün qışqırdığını bildiriblər. Rəsmi məlumatda isə 8 nəfərin yaralandığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az