ABŞ Münbic yaxınlığında hərbi mövcudluğunu gücləndirir

2018/07/13961127000201_Test_PhotoI_1533036536.jpg
Oxunub: 3022     20:13     31 İyul 2018    
ABŞ Suriyanın Münbic şəhəri ətrafında yeni nəzarət postları qurmaqla öz hərbi mövcudluğunu möhkəmləndirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr bildirirlər.

Məlumata görə, Münbicin qərbində yerləşən Əl-Səyadə kəndində yeni nəzarət postu qurulub. Eyni tipli post Əl-Cətal kəndinə də yerləşdirilib. Həmin bölgəyə isə Türkiyə ordusu tanklar və digər hərbi vasitələr də yerləşdirib.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında qəbul edilmiş yol xəritəsinə əsasən ABŞ və Türkiyə silahlı qüvvələri mütəmadi olaraq Münbicdə patrul reydləri həyata keçirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Münbic   Türkiyə  


Bizi "telegram"da izləyin