Rusiya “Anqara” raketini daha güclü mühərriklə təchiz edəcək

2018/07/1199653_1533038978.jpg
Oxunub: 4175     20:04     31 İyul 2018    
Rusiyanın Energomaş Elmi və İstehsalat Assosiasiyası “Anqara-A5M” kosmik daşıyıcının imkanlarını gücləndirmə yollarını nəzərdən keçirir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Kosmos Korporasiyası “Roscosmos”un rəhbəri Dmitri Roqozin bildirib.

O, bunun üçün “Anqara-A5M”də istifadə etmək məqsədilə yeni RD-191 mühərriklərinin təkmilləşdiriləcəyini bildirib.

““Anqara A5M” raketinin potensialını artırmaq məqsədilə hazırlanacaq RD-191 mühərriki üzərində çalışmalar tezliklə başlayacaq”, - deyə Roqozin qeyd edib.

“Anqara” Rusiyanın ağır kosmik daşıyıcı ailəsidir. O, “Proton-M” və “Rokot” raketlərinin əvəzlənməsi məqsədilə ərsəyə gətirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anqara   Rusiya   Roscosmos  


Bizi "telegram"da izləyin