Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon yayıb.
Bildirilib ki, şirkət ABŞ Hərbi Hava Qüvvələrinin tərkibindəki F-15C və F-15D qırıcılarından ibarət “Eagles” filotiliyasını tam tərkibdə modernizasiya etməyi planlaşdırır.
Belə ki, “Boeing” şirkəti ilə əməkdaşlıq çərçivəsində Pentaqon filotiliyanbın tərkibindəki təxminən 150-ə qədər qırıcını yeni F-15X qırıcıları ilə əvəzləyəcək.
Qeyd edək ki, 6 milyard dəyərində ölçülən layihənin 2021-2029-cu illərdə həyata keçirilməsi plalaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az