ABŞ kommersiya peyklərindən hərbi məqsədlə istifadə edə bilər

2018/07/ses-14-879x485_1533033503.jpg
Oxunub: 3632     19:22     31 İyul 2018    
Pentaqon kommersiya peyklərindən hərbi sensorlar və kommunikasiya dəstləri üçün platforma kimi istifadə edə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hökumət Hesabatlılıq İdarəsinin (HHİ) yeni hesabatında qeyd olunub.

HHİ-nin auditorları özəl peyk operatorlarının büdcəyə qənəat üçün istifadə edilməsini dəstəklədiklərini bəyan ediblər. Hesabatda həm də kommersiya peyklərinin hərbi istifadəsinin milli təhlükəsizliyə töhfə verəcəyi qeyd olunub.

2009-cu ildən bu vaxta qədər Pentaqon 3 ticari peykdən öz məqsədləri üçün istifadə edib. Bu tipli daha 3 missiyanın isə 2022-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Peyk   Pentaqon  


Bizi "telegram"da izləyin