İran geniş miqyaslı hərbi təlimlər keçirəcək

2018/07/13960702001707_PhotoI_1533035607.jpg
Oxunub: 4281     19:15     31 İyul 2018    
İran çox sayda yeni silahların və hərbi tenikanın ilk dəfə sınaqdan keçiriləcəyi irimiqyaslı 2 fərqli təlim həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə İran Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri iştirak edəcək.

Bu barədə rəsmi açıqlama verən İran donanmasının admiralı Hüseyn Xanzədi bildirib ki, təlimlərdə əsas diqqətlər donanmanın 2 yeni “Səhənd” və “Denə” esmineslərinə, həmçinin “Fateh” sualtı gəmisinə çevriləcək.

Admiral qeyd edib ki, bu ilin sonu və gələn ilin əvvəlləri keçiriləcək təlimlərin biri Xəzər dənizində, digəri isə İran körfəzində baş tutacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin