Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən qaydalar 2017-ci ilin mayında qəbul edilib.
Bu modelə görə, Hindistan donanması dörd kateqoriya üzrə silahlanmanı gücləndirməyi planlaşdırır – qırıcı təyyarələr, helikopterlər, sualtı gəmilər və zirehli vasitələr.
Bunun üçün donanmaya ilkin olaraq 3 milyard 200 milyon dollar vəsait ayrılacaq. Bu vəsaitlə 111 ədəd helikopterin alınması, 6 ədəd ənənəvi sualtı gəminin inşası nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az