Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı “Booz Allen Hamilton” şirkətinin vitse-prezidenti Coş Sullivan bildirib.
O qeyd edib ki, artıq Pentaqon bu məqsədlə sözügedən şirkətlə danışıqlara başlayıb.
Şirkət rəsmisi bildirib ki, Pentaqon Çin və Rusiyanın planlarına cavab olaraq yeni pilotsuz sualtı döyüş gəmilərinin, dron aparatların, pilotsuz qırıcıların, tankların və piyada döyüş maşınlarının istehsalı ilə bağlı araşdırmalar üçün şirkətlə irimiqyaslı əməkdaşlıq planlaşdırır.
Qeyd edək ki, 885 milyon dollar dəyərindəki layihəyə əsasən şirkət Pentaqon üçün yuxarıda sadalanan texnikaların araşdırma və təkmilləşdirmə mərhələsini həyata keçirəcək.
Dəyanət Ağalarlı
Ordu.az