ABŞ lazer silahlı dronlara əsaslanan BMD proqramını genişləndirir

2018/07/1056025116_1533027366.jpg
Oxunub: 3004     16:56     31 İyul 2018    
2018-ci ildə 11,5 milyard dollarlıq vəsait ayrılmasına baxmayaraq, ABŞ Raketdən Müdafiə Agentliyinin (MDA) Ballistik Raketdən Müdafiə (BMD) proqramına əlavə 50 milyon dollar ayrılacaq.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu vəsaitin ayrılması 2019-cü maliyyə ili üçün nəzərdə tutulan Milli Müdafiə Səlahiyyətləndirmə Qanununda göstərilib.

Konqres MDA-nın möhkəm raketdən müdafiə imkanları ərsəyə gətirməsi üçün səylərini artırmağı istəyir. Buna görə də, qanunun sonuncu versiyasında agentliyə 50 milyon dollar ayrılıb.

Məsələnin maraqlı tərəfi isə MDA-nın bu vəsaiti tələb etməməsi olub. Agentliyin nümayəndəsi Cen Cudson sözügedən proqram üçün növbəti maliyyə ilində büdcədən vəsait tələb olunmadığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ballistik-Raketdən-Müdafiə  


Bizi "telegram"da izləyin