BMT-nin ekspertləri husi raketlərinin İranla əlaqəsinə dair sübutlar tapıb

2018/07/iran-huthis_1533026289.jpg
Oxunub: 4383     16:45     31 İyul 2018    
“Husi qiyamçılarının silahlanmasında olan ballistik raketlər və dronlarda İran istehsalı silahlara bənzərlik aşkarlanıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin ekspertləri bildiriblər.

BMT Təhlükəsizlik Şurasına təqdim edilən məxfi hesabatda ekspertlər qrupunun 2015-ci il embarqosundan sonra da İrandan Yəmənə qısa mənzilli ballistik raketlər və digər silah-sursatın göndərildiyini düşündüyü qeyd olunub.

İran husiləri silahlandırmasına dair səsləndirilən iddiaları dəfələrlə təkzib etsə də, ABŞ və Səudiyyə Ərəbistanı Tehranı husiləri dəstəkləməkdə ittiham edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BMT   Husilər  


Bizi "telegram"da izləyin