Tokio Moskva ilə dialoqların əhəmiyyətini vurğulayıb

2018/07/1048588049_1533024745.jpg
Oxunub: 3825     16:09     31 İyul 2018    
Yaponiya və Rusiya arasındakı problemlərin həllində ikitərəfli sülh dialoqlarının artırılması əhəmiyyətli rola sahibdir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikir Yaponiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda qeyd olunub.

Bildirilib ki, bu gün Moskvada hər iki ölkənin müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq 2+2 formatlı görüşdən gözləntilər olduqca yüksəkdir.

“Qonşu Rusiya ilə təhlükəsizlik məsələləri üzrə danışıqların davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün keçiriləcək rəsmi görüş də bu dialoqların əhəmiyyətli bir parçasıdır. Tokionun bu görüşdən gözləntiləri olduqca yüksəkdir”, - deyə verilən bəyanatda vurğulanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin