İran ABŞ-ı nüvə sazişinə dönməyə çağırıb

2018/07/310720180709057522363_2_1533021866.jpg
Oxunub: 2065     15:36     31 İyul 2018    
İran ABŞ-la danışıqlar masasına oturmaq üçün Vaşinqtonun nüvə razılıqlarına dönməsini tələb edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Əbuturabi özünün rəsmi “Twitter” hesabından etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Vaşinqton görüşün reallaşdırılmasını istəyirsə, onda Tehranın tələblərinə məhəl qoymalıdır.

“İran xalqına hörmət, təhdidlərin aradan qaldırılması və ABŞ-ın nüvə sazişi şərtlərinə geri qayıtması görüş üçün zəmin yaradacaq. Bu şərtlər qarşılanmadığı müddətcə görüşdən söhbət gedə bilməz”, - deyə o, vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Nüvə-Sazişi  


Bizi "telegram"da izləyin