Husilər Səudiyyə Ərəbistanının neft tankerini hədəf alıblar

2018/07/59babe9ffc7e9350738b4568_1533020853.jpg
Oxunub: 3772     15:11     31 İyul 2018    
Husi qiyamçıları Bab əl-Məndəb boğazında yenidən Səudiyyə Ərəbistanının neft tankerini hədəf alıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Krallığın hərbi rəsmisi bildirib.

Onun sözlərinə görə, hadisə beynəlxalq sularda baş verib. Qiyamçılar gəmi əleyhinə raketlə tankerə hücum ediblər.

Rəsmi bildirib ki, raketin qarşısı alınsa da, tankerdə kiçik xəsarlar meydana gəlib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı   Neft-tankeri  


Bizi "telegram"da izləyin