Ekspert: “Türkiyə BRİKS-ə qoşulmaqla öz xarici siyasətini şaxələndirmək istəyir”

2018/07/5b5fb4c3dda4c887278b45cb_1533017972.jpg
Oxunub: 2474     14:20     31 İyul 2018    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə Türkiyənin BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) qoşulmaq istədiyini bəyan edib.

Ordu.az RT-yə istinadən xəbər verir ki, Rusiya Mədəniyyət və Təbii İrs üzrə Tədqiqat İnstitutunun direktor müavini Yevgeni Baxrevski bunun Türkiyənin Avropa İttifaqı və NATO-dan duyduğu təəssüf hissindən qaynaqlandığını bildirib.

“Ərdoğan Türkiyə xarici siyasətinin şaxələndirilməli olduğuna inanır. Çünki o, Qərb strukturlarından ciddi şəkildə narazıdır və üstəlik ABŞ-la əlaqələri mürəkkəb bir dövrdən keçir”, - deyə tədqiqatçı qeyd edib.

Belqraddakı Avropaşünaslıq İnstitutunun tədqiqatçısı Stevan Qajicin sözlərinə görə, buna səbəb heç də geosiyasi məsələlər deyil.

Onun fikirlərinə görə, Ərdoğanın öz siyasi xəttində istiqamət dəyişdirməsinə səbəb olan iki əsas faktor 2016-cı ildəkı uğursuz hərbi qiyam və Suriya prezidenti Bəşər Əsədin Rusiyanın da dəstəyi ilə qalib gəlməsidir.

Digər tərəfdən Rusiya ilə əlaqələr də tarixinin ən yaxşı dövrlərindən birini yaşayır. Əgər 2015-ci ildə Türkiyə və Rusiya müharibənin eşiyinə gəlmişdilərsə, 2016-cı il qiyamında Putin Ərdoğanın ən böyük dəstəkçilərindən biri olmuşdu. Əvəzində isə Qərbdən istədiyi dəstəyi ala bilməyən Ərdoğan siyasi xəttini yenidən gözdən keçirməli oldu.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BRİKS   Rusiya  


Bizi "telegram"da izləyin