Seul və Pxenyan yüksək səviyyəli hərbi danışıqlar həyata keçirib

2018/07/20cf2eb18b914c53a8147663ea9d9f3b_1533017052.jpg
Oxunub: 1371     14:05     31 İyul 2018    
Cənubi və Şimali Koreyadan olan yüksək səviyyəli nümayəndə heyətləri sərhəd zonalarında gərginliyin azaldılması istiqamətində görüləcək tədbirləri müzakirə ediblər.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, görüş Panmuncom atəşkəs kəndindəki Sülh Evində həyata keçirilib.

Beş nəfərdən ibarət olan Cənubi Koreya nümayəndə heyətinə general-mayor Kim Do-qyun, Şimali Koreyanınkına isə general-leytenant An Ik-san rəhbərlik edib.

Təxminən 50 dəqiqə davam edən görüşdə iki ölkənin sərhədində gərginliyin azaldılması istiqamətində görüləcək tədbirlər və aprel sammitində qəbul edilmiş razılığa uyğun atılacaq addımlar müzakirə edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Cənubi-Koreya   Panmuncom  


Bizi "telegram"da izləyin