Skaparotti Türkiyəyə səfər edəcək

2018/07/thumbs_b_c_e0808580d59527c2e3fe759a8a2c2250_1533016212.jpg
Oxunub: 1958     13:50     31 İyul 2018    
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Baş Komandanı general Körtis Skaparotti sabah Türkiyəyə gedəcək.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, general səfəri çərçivəsində Türkiyə rəsmiləri ilə görüşərək müxtəlif mövzularda müzakirələr aparacaq.

Əsas müzakirə mövzusunun Suriya və xüsusilə onun şimal hissəsindəki hazırkı vəziyyət olması gözlənilir.

Səfər zamanı Skaparotti Türkiyənin Adana vilayətinin cənubundakı “İncirlik” aviabazası və İzmirin Egey bölgəsinə baş çəkəcək.

Xatırladaq ki, ötən ay Skaparotti və Türkiyənin həmin vaxtkı Baş Qərargah rəisi general Hulusi Akar telefonla əlaqə saxlayaraq, Münbic məsələsini müzakirə edib və NATO-ya dair bir sıra problemlər üzərində fikir mübadiləsi həyata keçiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO   Münbic  


Bizi "telegram"da izləyin