Husilər Səudiyyə Ərəbistanının cənubuna hücumlarını intensivləşdirib

2018/07/1063851883_1532958860.jpg
Oxunub: 3160     21:53     30 İyul 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının cənub istiqamətində hücumlarını intensivləşdirməklə, Krallığın Yəmənlə sərhəd bölgələrində Səudiyyə əsgərlərini hədəf alıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, Cizən regionundan başlamaqla Əlib sərhəd-keçid məntəqəsinə qədər qiyamçılar ordunun mövqelərinə hücum edirlər.

Xüsusilə strateji Əl-Duklan dağlarında güclü hücumların baş tutduğu bildirilir. Eyni zamanda Nəcran vilayətində də Səudiyyə Ərəbistanı ordusunun müdafiə xəttini yarmağa cəhdlər edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin