Rusiya super-ağır karqo təyyarəsi hazırlayacaq

2018/07/37965991_2620567771502708_4836566941223092224_n_1532958624.jpg
Oxunub: 3339     02:00     31 İyul 2018    
Rusiya özünün “Antonov” An-124 karqo təyyarələrini əvəzləmək məqsədilə super-ağır təyyarə istehsal edəcək.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

Onun sözlərinə görə, təyyarənin təkmilləşdirilməsi üzrə çalışmalar davam edir və onun 2027-ci ilə qədər hazır olması gözlənilir.

O, bu təyyarələrin istehsalının dövlət silahlanma proqramının sonuna qədər başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, An-124 təyyarələri Sovet və sonralar Ukraynanın istehsal etdiyi ağır nəqliyyat təyyarələridir. 120 ton yük qaldırma qabiliyyətinə malik bu təyyarələr maksimum 865 km/saat sürətlə uça bilir. Hazırda Rusiya Aerokosmik Qüvvələrinin istifadəsində 9 ədəd bu təyyarələrdən var.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Karqo-təyyarəsi  


Bizi "telegram"da izləyin