Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ərazidə öz qabiliyyətini göstərməyə başlayan “Yörük” mobillik, keyfiyyət, partlayış sınaqlarından keçiriləcək.
“Nurol Makina” qısa müddət ərzində ixracat imkanı əldə edən “Yörük 4x4” zirehli vasitəsinin seriyalı istehsalına başlamağı hədəfləyib.
“Yörük”də tələbə uyğun olaraq rəqəmsal təsvir-nəzarət panelinin istifadəsi mümkün olacaq. Personal rəqəmsal təsvirdən vasitə ilə əlaqədar məlumatları asanlıqla izləyəcək və “Yörük”ün bütün funksiyalarına panel üzərindən nəzarət edə biləcək.
O, yüksək mobillik performansına və qoruma səviyyəsinə modulluq xüsusiyyətini də əlavə edərək istifadəçinin qarşısına yeni imkanlar təqdim edir.
Ağalar Ağalarlı
Ordu.az