Hindistan raketdən müdafiə sistemləri almağı planlaşdırır

2018/07/38139415_2620557964837022_3071550530363850752_n_1532958044.jpg
Oxunub: 3991     00:57     31 İyul 2018    
Hindistan qabaqcıl havadan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-la danışıqlar həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, danışıqların məqsədi ABŞ-dan “Milli Qabaqcıl Yer-Hava Raket Sistemi-II” (NASAMS-II) sistemini əldə etməkdir.

Dəyəri 1 milyard dollara yaxın olan sistem ölkənin paytaxtı Yeni Dehlinin müdafiəsində istifadə olunacaq. Hindistan hökumətinə yaxın mənbə bu sistemin Dehlidə 11 sentyabr hadisələrinə bənzər hücumların baş vermə təhlükəsini aradan qaldırmaq məqsədi daşıyır.

Hindistan eyni zamanda çoxmərhələli havadan müdafiə sistemi şəbəkəsi yerləşdirir. Məqsəd isə hava fəzasının qırıcı təyyarələr, raketlər və pilotsuz hava vasitələrinə qarşı müdafiəsini gücləndirməkdir.

Ölkə həm Rusiya ilə S-400 havadan müdafiə sistemlərinin alınması üzrə danışıqlar aparmaqla yanaşı, həm də yerli “Ballistik Raketdən Müdafiə” (BMD) sistemi təkmilləşdirir. Bu sistemin birincisinin tezliklə yerləşdirilməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin