Rusiya “Layihə 22800” korvetlərini 3 ölkəyə ixrac edə bilər

2018/07/38002662_2620552744837544_4638611198470782976_n_1532957825.jpg
Oxunub: 4159     00:36     31 İyul 2018    
Rusiya 22800 saylı layihə çərçivəsində istehsal olunan korvetləri Vyetnam, Çin və Hindistana ixrac edə bilər.

Ordu.az Rusiya KİV-lər xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

Onun sözlərinə görə, layihə çox uğurlu alınıb və onların böyük tonnaja, yaxşı silahlanmaya sahib olması, korvetləri daha önəmli edir.

“Karakurt” isimli bu korvetlər “Kalibr” raketlərilə təchiz olunub. Bu onların silahlanmasındakı ən əhəmiyyətli nöqtədir. Korvetlərin uyğun qiyməti var. Onlar, kiçik, kompakt və sürətlidir. İnanıram ki, Asiya-Sakit okean ölkələri, xüsusilə Çin, Hindistan və Vietnama böyük ixrac potensialı var”, - deyə Borisov bildirib.

Qeyd edək ki, “Layihə 22800” korvetləri Rusiyanın çoxfunksiyalı artilleriya raket gəmiləridir. O, “Almaz Mərkəzi Dənizçilik Dizayn” firması tərəfindən istehsal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Korvet   Çin   Hindistan  


Bizi "telegram"da izləyin