ABŞ HHQ F-22 təyyarəsinin çatışmazlığından əziyyət çəkir

2018/07/38036994_2620548651504620_1131063256396333056_n_1532957709.jpg
Oxunub: 3866     02:38     31 İyul 2018    
ABŞ Hərbi Hava Qüvvələri tezliklə “Boeing” F-15C “Eagle” təyyarələrini istifadədən çıxarmağı planlaşdırır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bundan sonra ABŞ HHQ-nin silahlanmasında qalan yeganə əsas qırıcı təyyarə F-22 “Raptor” olacaq.

“Lockheed Martin” istehsalı bu təyyarələrdən ABŞ HHQ-nin istifadəsində hazırda sadəcə 186 ədəd var. Bunların 123 döyüş təyyarəsi kimi müəyyənləşdirilib. 20-si ehtiyat, geri qalanları isə sınaq və təlim təyyarələri qismində saxlanılır.

Üstəlik müxtəlif hadisələrdə problem ortaya çıxan bəzi təyyarələrin uzun müddətli təmir prosesinə cəlb edildiyi nəzərə alınsa, o zaman bu təyyarələrdən ibarət 6 eskadrilyanın olduğu aydın olar. Halbuki ABŞ HHQ üçün 10 belə eskadrilya tələb olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-22-Raptor   ABŞ  


Bizi "telegram"da izləyin