Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Böyük Britaniya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, Britaniya Hərbi Hava Qüvvələrinin daha 500 hərbçisi Əfqanıstandakı fəaliyyətlərdə iştirak üçün bu ölkəyə göndərilib.
Bildirilir ki, göndərilən hərbi qüvvələr Əfqanıstanda daha əvvəl yerləşdirilmiş 650 nəfərlik Britaniya hərbi birliyinə qoşularaq İŞİD-ə qarşı əməliyyatlarda iştirak edəcək.
Qeyd edək ki, rəsmi rəqəmlərə əsasən 2001-ci ilin oktyabrından etibarən Əfqanıstanda hərbi əməliyyatlar keçirən Böyük Britaniyanın bu əməliyyatlar zamanı 456 hərbçisi həlak olub.
Dəyanət Ağalarlı
Ordu.az