SQQ son 10 gündə Derada 230 İŞİD üzvünü məhv edib - HESABAT

2018/07/Syrian-Arab-Army_1532949824.jpg
Oxunub: 1874     19:26     30 İyul 2018    
Suriya Quru Qoşunlarının son 10 gündə Derada İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarında 1000-dən çox terrorçu zərərsizləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Suriya Müdafiə Nazirliyinin yaydığı hesabatda qeyd olunub.

Bildirilir ki, ordu qüvvələri son 10 gün ərzində Deradakı əməliyyatlarda 230 İŞİD terrorçusunu məhv edib, daha 540-a qədər terrorçu yaralanıb, daha 300-ə qədər terrorçu isə könüllü və ya məcburi olaraq təslim olub.

Qeyd edək ki, 15-ə qədər şəhərin azad edildiyi əməliyyatlar nəticəsində terrorçulara məxsus çox sayda minalar, bombalar və ABŞ istehsalı TOW tank əleyhinə raketlər aşkar edilərək müsadirə olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terrola-Mübarizə  


Bizi "telegram"da izləyin