Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, ordu qüvvələri dünən və bu gün Latakiyanın şimalında “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasına qarşı geniş miqyaslı əməliyyatlar həyata keçirib.
Bu əməliyyatlar zamanı 20-dən çox terrorçu məhv edilib, daha onlarla terrorçu yaralanıb.
Qeyd edək ki, ordu rəhbərliyi buradan İdlibin şimalına geniş miqyaslı əməliyyatların keçirilməsi üçün bölgəyə 4000-ə qədər hərbi qüvvənin toplanmasına başlayıb.
Dəyanət Ağalarlı
Ordu.az