Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Fox News”a verdiyi müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı sanksiyaların istənilən nəticəni vermədiyindən dolayı, Moskvaya qarşı yeni tədbirlər görülməlidir.
Senator özünün Rusiyaya qarşı sanksiyaları və ümumiyyətlə sərt siyasəti dəstəklədiyini bildirib. Belə ki, Qraham Ukraynanın silahlandırılması, diplomatların ölkədən çıxarılması kimi tədbirlərin görülməsindən məmnunluğunu dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az