Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın “Rodong Sinmun” nəşrində qeyd olunub.
Nəşrin sonuncu sayında çıxan yazıda Yaponiya hökumətinin Şimali Koreyaya qarşı “Aegis Ashore” sistemi yerləşdirmə planını hökumətin artan narahatlığı və xalqın narazılığını yatışdırmaq üçün oynanılan hiyləgər plan adlandırılıb.
Yaponiyanın Koreya yarımadasındakı gərginliyin azaldılmasına və uzlaşmanı pozmağa çalışdığını irəli sürən yazıda Yaponiya sülhə boyun əyməyə dəvət edilib.
Qeyd edək ki, Yaponiya Şimali Koreyadan gələ biləcək nüvə silahı, yaxud raket təhdidinə qarşı Akita və Yamaquçi bölgələrinə “Aegis Ashore” sistemi yerləşdirməyi planlaşdırır.
Ağalar Ağalarlı
Ordu.az