SQQ-nin İŞİD-ə qarşı əməliyyatları mülki əhali üçün təhlükə yaradır

2018/07/Снимок_1532936952.png
Oxunub: 1395     15:54     30 İyul 2018    
Suriya Quru Qoşunları İŞİD terror qruplaşmasına qarşı əməliyyatları terrorçu qruplaşmanın əsirlikdə saxladığı mülki vətəndaşlara ciddi təhlükələr yaradır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, Suriya ordusunun Colan təpələri yaxınlığında Əl-Sveydənin eyni adlı mərkəz şəhərinə etdiyi əməliyyatlar İŞİD qruplaşmasının nəzarətindəki mülki vətəndaşlar üçün bir sıra təhlükələr doğurur.

Qeyd olunub ki, 25-30 iyun tarixlərində Deradan başladılan əməliyyatlar zamanı ümumilikdə 200-dən çox mülki vətəndaş həlak olub.

Bu baxımdan bir sıra insan hüquqları müdafiəsi təşkilatları hökuməti əməliyyatları dayandırmağa çağırıb.

Qeyd edək ki, ordu bu gün səhər də şəhərə havadan və qurudan əməliyyatlarını davam etdirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin