Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Qaçqınların Qəbulu, Təyinatı və Yerləşdirilməsi Mərkəzinin Hələb vilayəti üzrə nümayəndəsi Oleq Demyanenko bildirib.
“Biz vilayətin rəhbərliyi ilə əməkdaşlıq formalaşdırdıq. Qaçqınların qayıtması və kimliklərinin yoxlanılması üzrə problemlərin həllində komissiya yaradılıb”, - deyə Demyanenko bildirib.
Qeyd edək ki, İdlib vilayəti 2015-ci ildə “Ən-Nusra” terror qrupu tərəfindən ələ keçirilib. 2017-ci ildə bura Türkiyənin nəzarəti altında olmaqla münaqişəsiz zona elan edilib.
Ağalar Ağalarlı
Ordu.az