İraq qoşunları 4 İŞİD terrorçusunu məhv edib

2018/07/Iraqi-fighters_1532935502.jpg
Oxunub: 3727     15:25     30 İyul 2018    
İraq qoşunları ölkənin Səlahuddin vilayətində İŞİD terror təşkilatına mənsub azı 4 nəfəri zərərsizləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Rəsul bəyan edib.

“Samarra Əməliyyatlar Komandanlığının əsgərləri Samarra şəhərində terrorçulara qarşı əməliyyat keçirib. İŞİD-in şəhərdəki sığınacağına edilən hücum nəticəsində 4 terrorçu məhv edilib”, - deyə sözçü bildirib.

Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçuların üçü kamikadze hücumuna hazırlaşırdı. Onlar Samarranın müxtəlif yerlərində terror aktı həyata keçirməyi planlaşdırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin