Rusiya, İran və Türkiyə bu gün Suriyanı müzakirə edəcək

2018/07/1509378562_1532935093.jpg
Oxunub: 1584     15:10     30 İyul 2018    
Suriyada atəşkəsə zəmanət verən dövlətlərin nümayəndələri Suriya konstitusiya komitəsinin formalaşdırılması və deeskalasiya zonalarındakı situasiyanı müzakirə etmək üzrə iyulun 30-da bir araya gələcəklər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Soçidə baş tutacaq sammitin ilk günündə ekspert konsultasiyaları baş tutacaq.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, sammitin ikinci günü, yəni sabah isə plenar sessiya keçiriləcək.

Rusiya nümayəndə heyətinə Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Xarici İşlər nazirinin müavini Sergey Verşinin başçılıq edəcək. İran və Türkiyə nümayəndə heyətlərinə isə hər iki ölkənin XİN rəhbərlərinin müavini, uyğun olaraq Hüseyn Ənsari və Sedat Onal rəhbərlik edəcək.

Görüşlərdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura və İordaniyadan olan nümayəndə heyəti müşahidəçi kimi iştirak edəcək. BMT-nin Qaçqınlar üzrə Ali Kommisarı Filippo Qrandi də sammitə dəvət olunanlar arasındadır. ABŞ-dan olan dəvətlilər isə görüşdə iştirak etməyəcəklərini bəyan ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin