Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ Prezident Administrasiyasının sözçüsü Hiter Noyert bildirib.
O qeyd edib ki, hələlik KXDR rəhbərliyi bu məsələ ilə bağlı heç bir tələb irəli sürməyib.
“ABŞ Koreya müharibəsində həlak olan hərbçilərimizin nəşinin geri qaytarılması ilə bağlı hər hansısa ödəniş etməyi rədd edir. Hələlik Pxenyandan hər hansısa maddi tələb irəli sürülməyib və tərəfimizdən heç bir ödəniş edilməyib”, - deyə Noyert qeyd edib.
Qeyd edək ki, ötən həftə Şimali Koreya daha 55 hərbçinin nəşini ABŞ-a təhvil verib.
Dəyanət Ağalarlı
Ordu.az