Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, Rusiya qırıcılarının hücumları dünən günorta saatlarında start götürüb.
Əl-Sveydənin Səfa vadisində Suriya Ərəb Ordusu və Milli Müdafiə Qüvvələrinin birgə əməliyyatından sonra Rusiyanın döyüş təyyarələri əməliyyata havadan dəstək veriblər.
Rusiya Aerokosmik Qüvvələrinin hava əməliyyatları bu vaxta qədər öz təsirini bir neçə dəfə sübut edib. Məhz onun sayəsində İŞİD-i Suriyanın bir çox bölgəsindən çıxarmaq mümkün olub.
Ağalar Ağalarlı
Ordu.az