Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu fikirləri Çin Xalq Azadlıq Ordusunun Dəniz Hərbi Araşdırmalar İnstitutunun tədqiqatçı alimi Zanq Cunşe bildirib.
O bildirib ki, CEC sistemləri ABŞ donanması tərəfindən dənizlərdə havadan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə təkmilləşdirilib.
Bu sistem tərəfindən yaradılan şəbəkədən istifadə edən hər bir gəmi istənilən halda düşmən manevrləri həyata keçirə bilər.
Qeyd edək ki, 27DDG sinifli gəmi Yaponiya Özünümüdafiə Qüvvələrində istifadə edilən yeddinci “Aegis” esminesidir. Onun 2020-ci ildə xidmətə daxil edilməsi gözlənilir. O, CEC sistemləri ilə təchiz olunacaq ilk pilotsuz esminesdir.
Ağalar Ağalarlı
Ordu.az