İraq Mosulda 8 İŞİD terrorçusunu ələ keçirib

2018/07/18562017_2017-06-05T140446Z_1512080252_RC1781F80D10_RTRMADP_3_MIDEAST-CRISIS-IRAQ-MOSUL_1532928792.jpg
Oxunub: 4002     13:33     30 İyul 2018    
İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində terror aktlarından şübhəli bilinərək axtarılan 8 İŞİD terrorçusunu ələ keçirib.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin mətbuat katibi general-mayor Səəd Məan bildirib.

Onun sözlərinə görə, Neynəvə polisinin fövqəladə hal qüvvələri Mosulun şərqindəki müxtəlif bölgələrdə ümumilikdə 8 terrorçunu tutublar.

Sözçü bildirib ki, bu terrorçular İraqın terrorla mübarizə qanununun 4.1 saylı maddəsinə görə axtarışda idilər. Onlar Mosuldakı bir neçə terror hücumundan şübhəli bilinirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin