Sabah KXDR və Cənubi Koreya arasında hərbi danışıqlar aparılacaq

2018/07/military-talks_06-675x368_1532928196.jpg
Oxunub: 1334     13:14     30 İyul 2018    
Şimali və Cənubi Koreya arasında bu həftə generallar səviyyəsində hərbi müzakirələr aparılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş iki ölkə sərhədində yerləşən Panmuncom qəsəbəsindəki Sülh Evində baş tutacaq.

Bu barədə Cənubi Koreya hərbi mənbələrinin yaydığı məlumata görə Cənubi Koreyadan görüşdə iştirak edəcək 5 nəfərlik nümayəndə heyətində general Kim Do-Qyun başçılıq edəcək. Şimali Koreyanı isə general-leytenant An İk-San təmsil edəcək.

Qeyd edək ki, sabah baş tutacaq görüşdə əsas müzakirə mövzusu iki ölkə arasındakı DMZ hərbsizləşdirilmiş bölgədən hərbi qüvvələrin çıxarılması olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KXDR   Görüş  


Bizi "telegram"da izləyin