Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilir ki, ordu qüvvələri bu ana qədər bölgənin yarıdan daha çoxuna nəzarəti yenidən ələ alıb.
Belə ki, əməliyyatlar zamanı İsrail-Suriya-İordaniya sərhədi zonasında fəallıq göstərən İŞİD-in bölgədəki qolu “Ceyş Xalid ibn Valid Ordusu”nun sadəcə son 1 həftədə 500-ə qədər üzvü məhv edilib. Terrorçuların nəzarətindəki 40-a qədər məntəqə isə azad edilib.
Qeyd edək ki, ordu qüvvələri əməliyyatlarını davam etdirir.
Dəyanət Ağalarlı
Ordu.az