TSQ 4 terrorçunu zərərsizləşdirib

2018/07/456546_1532700180.jpg
Oxunub: 4034     22:02     27 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri Hakkari vilayəti və Şimali İraqın Kani-Raş bölgəsində PKK-ya qarşı əməliyyat keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, TSQ-nin sözügedən bölgələrdə PKK-ya qarşı həyata keçirdiyi əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Terror  


Bizi "telegram"da izləyin