“Vaşinqtona səfər etməyə hazıram” – Putin

2018/07/1062069757_1532698963.jpg
Oxunub: 2278     21:42     27 İyul 2018    
Rusiya prezidenti Vladimir Putin bu dəqiqələrdə BRİKS sammiti ilə əlaqədar getdiyi Cənubi Afrika Respublikasında mətbuat konfransı keçirir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, o, konfransın əvvəlində ABŞ-Rusiya əlaqələrinin gələcək perspektivlərindən danışıb.

“Mən Donald Trampın gələcəkdə də ikili görüşlər keçirmək istəyini anlayıram və bunun üçün hazıram. Lakin əvvəlcə bunun üçün zəruri vəziyyət təmin edilməlidir. Biz öz ölkələrimizdə görüşməyə hazırıq. Donald Trampı Moskvaya dəvət etməyə də hazırıq. Yeri gəlmişkən onun belə bir dəvəti var. Helsinkidə olarkən mən onu ölkəmizə dəvət etdim. Eyni zamanda mən də Vaşinqtona səfər etməyə hazıram. Amma bir daha təkrarlayım, bunun üçün uyğun şərtlər təmin edilməlidir”, - deyə Putin bildirib.

Sammitin nəticələri barədə də danışan Putin terrorla mübarizə, ticarət və iqtisadi siyasətdə koordinasiyanın BRİKS dövlətlərinin əsas prioritetləri olaraq qaldığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ABŞ   Putin  


Bizi "telegram"da izləyin