Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Donanmasının Mətbuat xidmətinin yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, 23-26 iyul tarixlərində baş tutan təlimlərdə NATO-nun SNMG2 və SNMCMG2 donanma qrupları və Ukrayna döyüş gəmiləri iştirak edib.
Məlumata əsasən NATO tərəfindən təlimlərdə Almaniya, Ukrayna, Türkiyə və Rumıniya donanmaları iştirak edib.
Bildirilir ki, təlimlər zamanı Ukrayna donanmasından “Akerman”, “Berdiansk”, “Vyshgorod”, “Kremenchuk” and “Lubny” gəmiləri xüsusilə aktivlik göstərib.
Qeyd olunub ki, təlimlər hər iki tərəf üçün kifayət qədər uğurlu keçib.
Dəyanət Ağalarlı
Ordu.az