Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, İŞİD-in Suriyanın cənub-qərbində fəaliyyət göstərən qolu “Ceyş Xalid ibn Valid Ordusu” terror qruplaşması hazırda sadəcə bir neçə məntəqənin nəzarətini əlində saxlayır.
Artıq Suriya Quru Qoşunlarının 4-cü zirehli tank diviziyası Colan təpələrinin cənubunda və İordaniya sərhədlərində fəaliyyətini davam etdirən terrorçu qruplaşmaya şimaldan, şimal-şərqdən və şərqdən şiddətli artilleriya zərbələri yağdırır.
Mənbələr bu hücumlar qarşılığında qarşıdakı bir neçə gündə bölgənin nəzarətinin tam olaraq ordunun ələ keçəcəyini ehtimal edir.
Dəyanət Ağalarlı
Ordu.az