Türkiyədə terrorçuluqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb

2018/07/456456_1530272595_1530519526_1532692789.jpg
Oxunub: 3430     19:58     27 İyul 2018    
Türkiyə Daxili İşlər Nazirliyi Ankarada FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsdində daha bir əməliyyat keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, polis və jandarma qüvvələri Ankaranın müxtəlif səmtlərində paralel şəkildə əməliyyatlar həyata keçirib.

Rəsmi məlumata əsasən əməliyyatlar nəticəsində FETÖ terror qruplaşması ilə əlaqədə şübhəli bilinən daha 8 nəfər saxlanılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror   FETÖ  


Bizi "telegram"da izləyin