Ordu.az "banak.info" saytına istinadən xəbər verir ki, iyulun 26-da saat 20:45-də işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər, 1998-ci il təvəllüdlü Davit Artur Miloyan yaralanıb.
Məlumata görə, yaralanan erməni əsgər hərbi hospitala aparılıb.
Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az