Paşinyan "Talk to Al-Jazeera" proqramında: "İlham Əliyevlə Qarabağı müzakirə etməyə hazıram"

2018/07/6_1532591907.jpg
Oxunub: 2197     15:53     26 İyul 2018    
Paşinyan "Al-Jazeera" agentliyinə verdiyi müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevlə üz-üzə görüşməyə hazır olduğunu bildirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində rejim dəyişikliyi və onun nəticələri, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə ilə bağlı sərhədlərə toxunaraq "Talk to Al-Jazeera" proqramı çərçivəsində "Al-Jazeera" televiziyasına müsahibə verib.

Paşinyan müsahibəsində, Qarabağ münaqişəsinin nizamlanması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevlə üz-üzə görüşmək üçün hazır olduğunu bildirib.

O, həmçinin heç bir şərt qoymadan Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu qeyd edib.

Məlumata görə, müsahibə ingilis dilində iyulun 28-də yayımlanacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İlham-Əliyev   Qarabağ  


Bizi "telegram"da izləyin