Paşinyan "Exo Moskva"ya müsahibəsində: "Müharibə ehtimalı yüksəkdir"

2018/07/3453_1532587510.jpg
Oxunub: 3220     14:42     26 İyul 2018    
"Müharibə ehtimalı yüksəkdir. Biz bütün bunlara hazır olmalıyıq. Mən əvvəllər də qeyd etmişəm ki, müharibənin qarşısını almaq üçün Rusiyanın kifayət qədər imkanları var".

Ordu.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Pashinyan Rusiyanın "Exo Moskva" radiosunun həmtəsisçisi, baş redaktoru və aparısı Aleksey Venediktovla müsahibəsində deyib.


Müsahibə zamanı, tərəflər erməni-rus münasibətlərinə, Rusiyadan Azərbaycana silah satılmasına, Qarabağ münaqişəsinə və Putinlə görüşlə bağlı məsələlərə toxunublar.

Venediktov, Paşinyandan Putinlə görüşdə Azərbaycana silah satılması məsələsinin müzakirəsi ilə maraqlanıb. Paşinyan belə bir müzakirənin aparıldığını təsdiq edib. Lakin müzakirənin detallarını açmaq istəmədiyini bildirib.

Paşinyan, Qarabağ münaqişəsi barədə danışarkən qeyd edib ki, hazırda regionda vəziyyət gərgindir.

"Müharibə ehtimalı yüksəkdir. Biz bütün bunlara hazır olmalıyıq. Mən əvvəllər də qeyd etmişəm ki, müharibənin qarşısını almaq üçün Rusiyanın kifayət qədər imkanları var. Mən Rusiyanın bu imkanlardan istifadə etməyəcəyinə inana bilmərəm", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Müharibə   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin