"Onları praktikada istifadə etməyə başlasalar, çox pis olar" - Kazimirov

2018/07/Vladimir-Kazimirov_1508438758_1528909052_1532523145.jpg
Oxunub: 4316     20:58     25 İyul 2018    
"Azərbaycan rəhbərliyinin məqsədlərini hər hansı bir şəkildə təhlil etmək mənim üçün çətindir. Bu münaqişə tərəflərinə aid olan məsələdir. Hər biri qoy öz imkanlarını ölçsün və Allaha şükür olsun ki, bu imkanlardan istifadə etmirlər. Onları praktikada istifadə etməyə başlasalar, çox pis olar".

Ordu.az xəbər verir ki, bu barədə 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov erməni mətbuatına açıqlamasında deyib.

O qeyd edib ki, yalnız Rusiya rəsmi dairələrinin fikirlərini əks etdirməyən şəxsi fikirlərini ifadə edə bilər və hərbi əməliyyatlara qarşıdır.

"Hərbi əməliyyatlara qarşıyam. Bu mənim şəxsi marağımdır ki, hərbi əməliyyatlar olmasın. 1994-cü ildə atəşkəs əldə etmək üçün az səy göstərilməyib. Mən nə olursa olsun, müxtəlif hərbi ritorikaya qarşıyam. Şübhəsiz ki, hərbi bəyanat atəşkəsə hər hansı şəkildə təsir göstərib. Bu sabitlik gətirmir", - deyə o bildirib.

Erməni jurnalistin "Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında hələlik heç bir görüş nəzərdə tutmayıb. Bu, sahədə problem olduğunu hesab edirsiz, ümumiyyətlə keçiriləcək görüş tərəflərə nə verə bilər?" sualına Kazimirov bu şəkildə cavab verib: "Minsk qrupunun hazırkı həmsədrləri bu görüşün nə vaxt faydalı olacağını və hələ də erkən olduğunu daha asanlıqla müəyyən edə bilərlər. Əlbətdə ki, müzakirələr, danışıqlar masasındakı ünsiyyət birtərəfli açıqlamalardan daha faydalıdır. Əlbətdə ki, sakit danışıqlar aparmaq və kompromis axtarmaq faydalıdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin