Erməni hərbi qulluqçuları ağır xəsarət alıblar

2018/07/1500297442_1491831450herb_149924266945645645_150951915834534_1512026483_1519798193_1532510836.jpg
Oxunub: 3777     17:54     25 İyul 2018    
İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun hərbçilərinin özbaşınalıq, intizamsızlıq və qarşılıqlı davranış qaydalarının pozulması halları davam edir.

Ordu.az xəbər verir ki, erməni sosial şəbəkələrində yayılan məlumatlarda deyilir ki, əsgəri xidmətə yeni gəlmiş Narek Xaçiki və Norayr Xaçataryan adlı gənc əsgərlər aralarında baş vermiş qarşılıqlı münasibətlərin pozulması nəticəsində dalaşaraq bir-birilərinə ağır bədən xəsarətləri yetiriblər.

Hərbi hissə komandiri isə hadisə ilə bağlı faktların araşdırılmasına icazə vermir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Dava  


Bizi "telegram"da izləyin