Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polkovnik Karen Qriqoryanın rəhbərlik etdiyi hərbi hissənin bölmələrindən biri (3-cü müdafiə rayonu, hərbi hissə 35383, Xocavənd rayon istiqaməti) cəlb olunmaqla müdafiə və hücum mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.
Təlimdə döyüş növbətçiliyi yerinə yetirən polkovnik-leytenant Artur Serobyanın rəhbərlik etdiyi taborun hərbi qulluqçuları hücumunun qarşısının alınması və sonrakı şərti döyüş əməliyyatlarında iştirak edib.
Təlimlərin gedişatını Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələrinin "döyüş hazırlığı şöbəsi"nin rəisi polkovnik Suren Surenyan izləyib.
Alpər Mövludoğlu
Ordu.az