“Dilqəm Əsgərov və Şahbazın Quliyevin vəziyyəti ilə bağlı nazir Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə, BMT-nin insan haqları üzrə, eləcə də qaçqınlar üzrə ali komissarlarına məktublar ünvanlanıb”.
Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, Azərbaycanın ATƏT və Avropa Şurası yanında nümayəndəlikləri tərəfindən də bu məsələ həmin təşkilatların gündəliyinə çıxarılıb və Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: “Bu məsələ ilə bağlı siyasi, hüquqi və diplomatik müstəvidə səylərimizi davam etdirəcəyik”.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
XİN
Dilqəm-Şahbaz