Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Liviya Quru Qoşunlarının generalı Məhəmməd Əl-Zayin bildirib.
O qeyd edib ki, göndəriləcək hərbi birliyin başlıca məqsədi Liviyada İŞİD-ə qarşı fəaliyyət göstərən qüvvələrə təlim keçməkdir.
“Böyük Britaniya və Liviya hökumətləri arasında əldə edilən razılığa əsasən 300-ə qədər britaniyalı hərbçi Liviyanın Xoms şəhərinə yerləşdiriləcək. Daha sonra isə bu birlik Liviya ordusunun İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan müxtəlif bölmələrinə hissəli olaraq təlimlər keçəcək”, - deyə general bildirib.
Dəyanət Ağalarlı
Ordu.az